Bakıda kişi arvadından üzr istəmədiyi üçün cərimələndi
13:56 16.07.2025
Hadisə
286
Bakıda kişi arvadına vurduğu bir şilləyə görə cərimələnib.
Sherg.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə paytaxtın Sabunçu qəsəbəsində baş verib. Sabunçu rayon sakini Elşad Məmmədov (soyad şərtidir) həyat yoldaşı ilə mütəmadi mübahisə edirmiş. İçki düşkünü olan Elşad hər dəfə evdə müəyyən mübahisələr yaradıb.
Bir müddət əvvəl Elşad yenidən evdə mübahisə edib və arvadını ona cavab qaytardığı üçün döyüb. Həyat yoldaşı isə bu barədə polisə məlumat verib.
Fakt üzrə cinayət işi başlanıb və iş məhkəməyə gedib.
Sabunçu rayon Məhkəməsində keçirilən porsesdə kişi həyat yoldaşından üzr istədiyi üçün cinayət işinə xitam verilib.
Amma mübahisə bununla yekunlaşmayıb. Bir neçə gün əvvəl Elşad yenidən sərxoş vəziyyətdə evə gələrək həyat yoldaşından yemək istəyib. Qadın ona yemək verməkdən imtina edib və yenidən cütlük arasında mübahisə yaranıb. Mübahisə nəticəsində Elşad həyat yoldaşına bir şillə vurub evdən çıxıb.
Qadın bir gün gözləsə də, kişi ondan etdiyi hərəkətə görə üzr istəməyib. Yekunda o bu barədə polisə məlumat verib və fakta görə yenidən cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə E.Məmmədova 1500 manat cərimə cəzası təyin edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə