Gürcüstanın Baş naziri: ABŞ müraciətimizə hələ cavab verməyib
08:18 18.07.2025
Cənubi Qafqaz
288
“ABŞ-nin hazırkı administrasiyası öz sələfinin Gürcüstana münasibətdə səhvlərini düzəltmək üçün heç bir iş görməyib. Haqsız yerə tətbiq edilən sanksiyalar hələ də qüvvədədir və bizim münasibətləri təmiz səhifədən başlamaqla bağlı müraciətimiz cavabsız qalır”.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, Baş nazir İrakli Kobaxidze keçirdiyi brifinqdə deyib.
O bildirib ki, Gürcüstan ABŞ Prezidenti Donald Trampa seçkiqabağı əsas vədlərindən birini yerinə yetirməsini və “dərin dövlət”i məhv etməsini bir daha arzulayır.
“Lakin biz şübhə edirik ki, bu mübarizə “dərin dövlət”in məğlubiyyəti ilə deyil, onun rebrendinqi ilə nəticələnəcək və məqsədi ABŞ tərəfində olmaqla Avropanı Rusiya-Ukrayna müharibəsinə cəlb etmək olacaq. Bu, eyni zamanda həm Avropa, həm də Rusiyanı məhv edəcək”.
Xatırladaq ki, ABŞ-nin əvvəlki administrasiyası Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. İ.Kobaxidze bu ilin mayında D.Trampa və ABŞ-nin vitse-prezident Ceyms Devid Vensə açıq məktubla müraciət edib. Məktubda Gürcüstan hökumətinin ABŞ ilə strateji tərəfdaşlığın təmiz səhifədən və konkret yol xəritəsi ilə yeniləməyə hazırlığı bildirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə