Fransada işçiləri qeyri-insani şəraitdə istismar edən üç şəxs həbs edilib
16:31 21.07.2025
Dünya
342
Fransanın Şampan bölgəsində 2023-cü ilin üzüm yığımı zamanı onlarla işçini qeyri-insani şəraitdə istismar edən üç şəxs insan alveri ittihamı ilə həbs edilib.
AZƏRTAC xəbər verir ki, “Châlons-en-Champagne” cəza məhkəməsi bununla bağlı qərar verib.
Araşdırmalara görə, təqsirləndirilən şəxslər əsasən sənədsiz miqrantlardan ibarət olan təxminən 50 üzümyığan işçini çox pis yaşayış və əmək şəraitində saxlayıb və istismar ediblər. Onlar Fransa şərabçılığının nüfuzlu bölgələrindən biri olan Şampan bağlarında işləyiblər.
Əsas təqsirləndirilən şəxs Anavim adlı üzümçülük xidmətləri göstərən şirkətin rəhbəri – gizli əmək fəaliyyəti, qanunsuz miqrantların işə cəlb olunması, az və ya heç ödəniş edilmədən işlədilmə kimi ittihamlarla 2 ili qapalı olmaqla dörd il həbs edilib.
İki digər şəxs isə işçilərin işə götürülməsi və yönləndirilməsi ilə məşğul olduqları üçün bir il müddətinə real həbs cəzası alıblar. Məhkəmə onların fəaliyyətini insan alverinə bərabər tutaraq sərt qərar çıxarıb.
Bu iş Fransada kənd təsərrüfatında, xüsusilə üzüm və meyvə yığım mövsümlərində sosial və hüquqi nəzarətsiz əmək məsələlərinin nə qədər aktuallaşdığını bir daha gündəmə gətirib. İnsan hüquqları müdafiəçiləri uzun müddətdir bu sahədə əmək hüquqlarının pozulması və miqrant istismarı hallarına qarşı tədbir görülməsini tələb edirdilər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə