“İstəyimiz ABŞ ilə strateji tərəfdaşlığı sıfırdan və konkret yol xəritəsi ilə bərpa etməkdir”.
Teleqraf xəbər verir ki, bunu Gürcüstan Baş naziri İrakli Kobaxidze deyib.
“ABŞ ilə strateji tərəfdaşlığın bərpası bizim üçün çox vacibdir. Bu mövzuda bir sıra açıqlamalar vermişik, o cümlədən şəxsən mən. İstəyimiz ABŞ ilə strateji tərəfdaşlığı yeni səhifədən və konkret yol xəritəsi ilə bərpa etməkdir. Son zamanlar inkişaf edən proseslər strateji tərəfdaşlığın bərpa olunacağına dair nikbinliyimizi qoruyur. Dövlət katibi Rubio ilə telefon danışığım oldu, ikitərəfli əməkdaşlıqla bağlı çox səmimi və maraqlı söhbət etdik. Bundan sonra Dövlət Departamentindən Gürcüstana texniki səfər baş tutdu. Bu proseslər ABŞ ilə strateji tərəfdaşlığın bərpası ilə bağlı nikbinliyimizi qoruyur”, - Kobaxidze qeyd edib.