İran rəsmisi: Fars körfəzində gərginliyin artmasına görə ABŞ məsuliyyət daşıyır

Fars körfəzi regionunda vəziyyətin gələcəkdə mümkün gərginləşməsinə görə məsuliyyət ABŞ və onunla əməkdaşlıq edən ölkələrin üzərinə düşür.

Teleqraf xəbər verir ki, bunu İranın "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının komandanı İbrahim Zolfaqari bildirib.

"Bölgədəki hər hansı qeyri-sabitlik təzahürlərinə və müharibənin alovlandırılmasına görə birbaşa Vaşinqton və bu dövlətin ordusu ilə işbirliyi quran tərəflər cavabdehlik daşıyır",- o qeyd edib.