İran və Ermənistan XİN başçıları görüşdü

İranın xarici işlər naziri Abbas Əraqçi ermənistanlı Ararat Mirzoyanla görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə İran KİV məlumat yayıb.

Görüş zamanı nazirlər iki ölkə arasında tarixi və strateji münasibətlərə toxunaraq, hərtərəfli strateji tərəfdaşlıq sənədinin hazırlanmasının əhəmiyyətini vurğulayıblar. Onlar siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.

Həmçinin tərəflər regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi apararaq, nəqliyyat, ticarət və mədəni əlaqələr sahəsində birgə əməkdaşlığın gücləndirilməsinə xüsusi önəm veriblər.