Mehr: ABŞ-nin İranın cənubuna endirdiyi zərbələrdə 1 nəfər ölüb

ABŞ-nin İranın cənubunda həyata keçirdiyi zərbələr nəticəsində bir nəfər həyatını itirib, daha iki nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "Mehr" agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Məlumata görə, həlak olan şəxs Hamrahe-Aval mobil rabitə operatorunun yerli bölməsinin əməkdaşı olub. O, rabitənin bərpası işləri apararkən hücumun hədəfinə düşüb.

Hadisə nəticəsində daha iki nəfərin yaralandığı bildirilir.

"Mehr" agentliyinin məlumatına əsasən, zərbə Fars körfəzində yerləşən Fərur adasına endirilib. Hücumun dəqiq vaxtı isə açıqlanmayıb.