Politoloq: Kreml Rusiyanın danışıqlar prosesində önəmini vurğulamağa çalışır
11:33 18.04.2025
Region
504
Rusiya Azərbaycana və Ermənistana sülh prosesində yardım göstərməyə hazır olduğunu bir daha təsdiqləyir. Bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci ildə əldə etdikləri razılaşmaların öz aktuallığını tam qoruyub saxladığını xatırladıb. Onun sözlərinə görə, Rusiya, Azərbaycan və Ermənistanın baş nazir müavinlərinin həmsədrliyi ilə müvafiq üçtərəfli işçi qrupu çərçivəsində nəqliyyat və iqtisadi kommunikasiyaların açılması istiqamətində müsbət irəliləyişlər əldə edilib.
O əlavə edib ki, biz sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində öz təcrübəmizi bölüşməyə hazırıq. Hesab edirəm ki, bu sahədə mütəxəssislərimiz postsovet məkanında ən yaxşılardan biri kimi tanınır. Bizim unikal kartoqrafik materiallarımız var, həmçinin Ermənistan-Azərbaycan münaqişəsi illərində yığılmış humanitar məsələlərin həllində də kömək edə bilərik. Ümumiyyətlə, yalnız şad olarıq. Amma bir daha deyirəm, yeni bir şey söyləməyəcəyəm. Azərbaycanlı və erməni dostlarımıza münasibətlərin normallaşması prosesini irəli aparmaqda kömək etməyə həmişə şadam.
Politoloq Aytən Qurbanova “Sherg.az”a deyib ki, Rusiya proseslərdən kənar qalmaq istəmir:
“Mariya Zaxarovanın bu açıqlaması da buna bariz nümunədir. Ona görə də, rəsmi Kreml delimitasiya və demarkasiya məsələsindən hər fürsətdə istifadə etməyə çalışaraq öz təcrübəsini paylaşmaq niyyətini ifadə edir. Beləliklə, danışıqlar prosesində Rusiyanın önəmini vurğulamağa çalışır. Düşünürəm ki, Rusiya və ya üçüncü hər hansı bir tərəf olmadan Azərbaycanın təklif etdiyi ikitərəfli format bütövlükdə prosesin uğurluluğunun əsas zəmanətidir. İstər delimitasiya və demarkasiya prosesində, istərsə də sülh danışıqlarında bu günə qədər əldə olunmuş bütün nailiyyətlər əsasən ikitərəfli format çərçivəsində aparılmış danışıqların nəticəsidir. Amma təbii ki, təcrübə mübadiləsi və kartoqrafik dəstəyin verilməsi nöqteyi-nəzərindən Rusiyanın delimitasiya və demarkasiya prosesində iştirakının mümkün olması istisna edilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq