Rusiya XİN: Cənubi Qafqazda əmin-amanlığın təmin olunmasına dəstək verməyə hazırıq

Rusiya Azərbaycan və Ermənistana sülhün əldə olunması üçün kömək göstərməyə hazırdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mixail Kaluqin "RİA Novosti"yə müsahibəsində bildirib.

O qeyd edib ki, Moskva tərəflər müraciət edərsə vasitəçilik təmin edə bilər:

"Rusiya Cənubi Qafqazda əmin-amanlığın təmin olunmasına zəruri dəstək verməyə hazırdır".