İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Küveytdə yerləşən Amerika HIMARS raket komplekslərinin buraxılış qurğularına pilotsuz uçuş aparatları (PUA) ilə zərbələr endirib.
"Report" xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı məlumatda bildirilib.
"Bu əməliyyat zamanı buraxılış qurğularının özü və döyüş sursatları məhv edilib", - SEPAH-dan əlavə olunub.
Qeyd edilib ki, bu əməliyyat nəticəsində üç amerikalı zabit həlak olub və bir neçə nəfər yaralanıb.
Xatırladaq ki, İran Silahlı Qüvvələri ABŞ-nin zərbələrinə cavab olaraq İordaniya, Küveyt, Bəhreyn və Qətərdə yerləşən Amerika hərbi obyektlərinə raket və pilotsuz uçuş aparatları (PUA) ilə silsilə hücumlar həyata keçirib.