ABŞ İranla nə edəcəyini bilmir.
"Report" IRIB-yə istinadən xəbər verir ki, bunu İran Ordusunun Baş Qərargah rəisinin koordinasiya üzrə müavini kontr-admiral Həbibullah Səyyari deyib.
O, Hörmüz boğazındakı gərginliyə də münasibət bildirib və İran ordusunun ABŞ gəmilərini vurmağa qadir olduğunu iddia edib:
"Amerika gəmilərini vurmaq gücünə sahibik. Onlar İran raketlərinə görə Cənubi Hind bölgəsinə qaçıblar".