Taylandlı bir qadının nahar üçün bazardan aldığı dəniz məhsulunu açdıqda həyatı tamamilə dəyişib.
"Sherg.az" xəbər verir ki, çətin şəraitdə yaşayan və anasının xərçəng xəstəliyindən müalicə xərclərini çəkən qadın, dəniz ilbizi içərisindən çıxan Melo incisi sayəsində böyük bir sərvət qazanıb. İncinin bazar dəyəri 200 min dollardan çox olduğu təxmin edilsə də, dünyanın hər yerindən alıcılar gəlir.
Gənc qadın deyir ki, incini anasına göstərəndə onun qiymətli olduğunu deyib:
"Anam xərçəng xəstəsidir. Bu inci yaxşı müalicə üçün yeganə ümidimizdir. Kasıbıq, anamın xəstəxana xərcləri yığılıb. İndi gözləyirik, həyatımız bu inci ilə dəyişəcək. Ümid edirəm ki, ən yaxşı qiymətə sata bilərik".