İnsanları təəccübləndirib: Artıq dünyada heç bir pinqvin qalmayıb

Bu gün gördüyünüz və tanıdığımız pinqvinlər əslində sadəcə təqlidçilərdir.

Siz bəzən zooparka gedib sevimli quşunuz olan pinqvinləri ziyarət edirsiniz. Ancaq bilməlisiz ki, bunlar əsl pinqvinlər deyil, saxtadırlar...

Bəli, düz oxudunuz. İnternetdə sürətlə yayılan və böyük məyusluqlar ehtiva edən bu məlumat doğrudur: Bizim tanıdığımız, sevdiyimiz və güldüyümüz pinqvinlər əslində təqlidçilərdir!

Sherg.az xəbər verir ki, "Reddit"-də mövzunu paylaşan istifadəçinin paylaşımı bütün dünyada insanları təəccübləndirib.

 "Bu gün öyrəndim ki, pinqvinlər dediyimiz quşlar əsl pinqvinlər deyil, əslində başqa bir növdürlər və onlara bənzədikləri üçün belə adlandırılırlar və bu gün əsl pinqvinlər qalmamışdır".

Bunun yalan xəbər olduğunu düşünə bilərsiniz, amma təəssüf ki, doğrudur...

Tarixin tozlu səhifələrini açaq. Bu gün ekranlarda gördüyümüz kiçik smokin dostları tamamilə fərqli növ quşlardır, sadəcə olaraq əsl pinqvinlərə çox bənzəyirlər.

Əsl pinqvinləri "Böyük qağayı" adlandırırırdılar. Bu canlılar arktik və subarktik bölgələrdə yaşayırdılar.

Kiçik qanadları olan, lakin uça bilməyən bu quşlar indiki pinqvinlərə çox bənzəyirdi. Bununla belə, onların dimdiyi daha böyük və əyri idi.

Bənzərliklərinə baxmayaraq, böyük qağayılar pinqvinlərin yaxın qohumları deyildilər.

"National Geographic"-in məlumatına görə, 1844-cü il iyulun 3-də bir balıqçı İslandiyanın Eldey adasında bu quşların sonuncu cütünü öldürənə qədər bir vaxtlar dünyada milyonlarla bu canlı dolaşırdı.

Əsrlər boyu bu quşların əti, yağı, yumurtaları və tükləri məşhur məhsullar olmuşdur.

1770-ci illərdə bu quşların həddindən artıq ovlanması növü təhlükə altına aldı və onların sayı azaldı. Muzeylər və kolleksiyaçılar, varlığını nümayiş etdirmək üçün heyvanın bir parçasına sahib olmaq istəyirdilər.
Ona görə də muzeylər qağayıların özlərini deyil, dərilərini sərgiləməyə qərar verdilər.
Bəziləri quşların balıqçılar tərəfindən “fırtına törətdikləri üşün” ittihamı ilə öldürüldüyünü, bəziləri isə kolleksiyaçılar onları sevdiyi üçün öldürüldüyünü deyir.

Ancaq heç kim balıqçıların bu növün son nümunələrini niyə öldürdüyünü bilmir.

Nəsli kəsilməsəydi, indi hər yerdə ola bilərdilər. Nəsli kəsilmədən əvvəl Kanada, Qrenlandiya, İslandiya, Skandinaviya, Britaniya adaları, Qərbi və Şərqi Atlantika, İspaniyanın cənubunda və ABŞ-da Yeni İngiltərədə yaşayırdılar.

Buz dövrünə aid məlumatlar da göstərir ki, böyük qağayılar İtaliyada və Egey dənizinin digər hissələrində yaşayıblar, lakin bunun üçün əlavə araşdırma lazımdır.
Bu quşların kədərli taleyini öyrənən insanlar üzüldüklərini bildirirlər.
Bir istifadəçi “Mən uşağımla Danimarka Milli Tarix Muzeyini ziyarət etdim və bir insan tərəfindən öldürülən sonuncu böyük qağayının doldurulmuş cəsədini gördük” desə də, başqa bir istifadəçi “Milyonlarla illik təkamül məhz o anda sona çatdı” deyir.

Əgər bunun qəribə olduğunu düşünürsünüzsə, Avropanın mumiyalara nə etdiyini də biləcəksiniz. (İpucu: Misir mumiyalarını "şəfa" üçün yemək...)