Melaniya Trampın vasitəçiliyi ilə Ağ Evdə Rusiya və Ukrayna arasında görüş keçiriləcək

ABŞ prezidentinin həyat yoldaşı Melaniya Tramp Ağ Evdə Rusiya və Ukrayna nümayəndələri arasında görüş keçirmək niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında bildirilib.

Görüşün noyabrın 5-nə planlaşdırıldığı qeyd edilib. ABŞ-nin birinci xanımı həmçinin özünün təşəbbüsü ilə Ukraynanın Xerson vilayətinin Oleşki şəhərində atəşkəs rejimi ilə bağlı çıxış edəcək.

Bəyanatda görüşdə hansı səviyyəli nümayəndələrin iştirak edəcəyi dəqiqləşdirilməyib.

Xatırladaq ki, oktyabrın 27-dən noyabrın 1-dək Oleşki şəhərində humanitar əməliyyatın həyata keçirilməsi üçün müəyyən edilmiş ərazidə atəşkəs rejimi tətbiq olunub. Müvəqqəti atəşkəs Melaniya Trampın vasitəçiliyi ilə əldə edilib.