Elektrik xəttinə ilişən göyərçin qeyri-adi üsulla xilas edildi - Foto

Perunun paytaxtı Limada göyərçin ayağında olan ip səbəbilə elektrik xəttindən asılı qalıb.
“Sherg.az”  “Haber Global”a istinadən xəbər verir ki, polislərin səyi nəticəsində drona bıçaq bağlanaraq qurtulub.
Polislər kiçik bir bıçağı drona bərkidib və göyərçinə doğru uçurdub. Dronun köməyilə ip kəsilib və göyərçin heç bir xəsarət almadan yerə endirilib.