2023-cü ildə Aya səyahət...
Yusif Nəzərli
06:44 30.12.2022
Relaks
2014
Türkiyə də kosmosa peyk göndərməyi planlayan ölkələr sırasındadır
Ay planetinə maraq ABŞ ilə SSRİ arasındakı “soyuq müharibə” dönəmindən bugünədək azalmır. Məlumdur ki, Aya ilk ayaq basan astronavt Nil Armstrong olub və bu məsələdə SSRİ ABŞ-yə böyük hesabla uduzub. O gündən 53 il keçir və indi ideologiyalar deyil, texnologiyaların savaşı gedir. Bir çox ölkə büdcəsinin böyük bir hissəsini kosmosa investisiya olaraq qoyur və bundan yüksək gəlir əldə etməyə çalışır.
“NTV.com.tr” xəbər verir ki, ABŞ, Rusiya və Çin Ay planetində astronavtların yaşaya bilməsi üçün hərbi bazalar qurmağı planlaşdırır. Türkiyə də 2023-cü ildə kosmosa peyk göndərməyi planlayan ölkələr sırasındadır. Xəbər verildiyinə görə, 2023-cü ildə bir çox ölkə kosmosla bağlı investisiyanı artıracaq. BBC 2023-də Aya səyahət planlayan ölkələri belə sıralayıb. Hindistan Ayın səthini araşdrımaq məqsədilə “Chandrayaan 3” proqramını iyun ayınadək tamamlayacaq. Bu Asiya ölkəsinə məxsus “Chandrayaan 1” peyki 2008-ci ildə Ayın səthinə enib. Rusiya isə cənub qütbündə nümunələr toplamaq üçün “Luna 25” proqramını iyul ayında başlamağı planlaşdırır.
NASA (ABŞ) isə Günəş sistemində çox qədim bir planetinin qalıqları olduğu zınn edilən “16 Psyche” adlı asteroidi tədqiq etmək üçün kosmosa peyk buraxacaq. 2024-cü ildə isə Ayın öyrənilməsi üçün daha bir raket “Artemis II”ni fəzaya yollayacaq. NASA həm də 2026-cı ilədək Aya ilk dəfə qadın və qara dərili insan göndərməyi planlaşdırır.
Çin də Aya səyahəti gerçəkləşdirmək istəyən ölkələr sırasınadır. Çin hökuməti uzaq ulduzları və “qara dəliklər”i xəritəyə salmaq üçün “Xuntian” adlı bir teleskopu 2023-ün dekabrında Yer ətrafında yerləşdirməyi düşünür.
Avropa Kosmos Agentliyi, İlon Maskın sahib olduğu “SPACE X” şirkəti də Aya iddialılar arasındadır. Türkiyə isə 2023-cü ilə aid Ay planeti ilə bağlı planlarını açıqlayıb. Türkiyə Kosmos Agentliyi də 2023-cü ilin sonlarına doğru Aya peyk göndəməyi planlaşdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm