Çin qızı fenomen oldu

Onun saçının uzunluğu 2,7 metrdir

  Çinin güneyindəki Guangxi Zhuang muxtar vilayətində etnik qrupa məxsus qadın bu günlərdə internetdə ən çox izlənib və bəyənmə sayı toplayıb. “Şərq” “NTV.com.tr”yə istinadən bildirir ki, qadının saçının uzunluğu  görənləri heyran edir. Qadın muxtar vilayətin Guilin şəhərində yaşayır və Yao etnik qrupuna məxsusdur. Bu etnik qrupa məxsus qadınlar tarixən uzun və sağlam saçlarıyla məşhur olub. 

Bu günlərdə fotosu sosial şəbəkələrdə yayılan qadınsa saçının uzunluğuyla əcdadlarını geridə qoyub. Onun saçının uzunluğu 2,7 metrdir. Etnosa mənsub qadınların saçlarının uzunluğu orta hesabla 1 metr 40 santimetr təşkil edir.

 Fotosu yayılmış qadının saçları isə 2 metr 70 santimetr uzunluğundadır. Etnos qadınlarının saçlarının belə uzun və sağlam olması yuyucu vasitəyə bağlıdır. 

Bu etnosun qadınları qaynadılmış düyünün suyunu bir müddət saxlayıb qıcqırdır, sonra bu suyla saçlarını yuyurlar.  2004-cü idlə çinli qadın Xie Qiuping 5 metr 627 santimetr uzunluğunda saçlarına görə “Dünyanın ən uzun saçlı qadını” adını alıb.