Yaponiyanın paytaxtı Tokioda keçirilən balıq hərracında rekord satış olub.
2025-ci ilin ilk balıq auksionu Yaponiya balıqçılarının tutduqları balıqları satdığı Toyosuda keçirilib. Hər il minlərlə adamın qatıldığı ənənəvi balıq hərracına maraq yenə də böyük olub.
Sherg.az xəbər verir ki, bu il Yaponiyanın Aomori əyalətində tutulan 276 kq çəkisi olan mavi üzgəcli tuna balığı 1,3 milyon dollara satılıb.
Nəhəng ton balığı 1999-cu ildə başlayan hərracdan sonra satılan ikinci ən bahalı balıq olaraq qeydə alınıb.
276 kq çəkisi olan balıq suşisini Michelin ulduzlu restoranları olan bir restoran şəbəkəsinin aldığı açıqlanıb.
Toyosu Balıq Bazarında satılan ən bahalı balıq rekordu 2019-cu ildə 2,1 milyon dollarlıq satışla yenilənib.