Azərbaycanda “Süni intellekt alyansı" yaradılır

Noyabrın 7-də Azərbaycan Mərkəzi Bankı (AMB) ilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında “Süni intellekt alyansı"nın yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb.

Trend xəbər verir ki, sənədi AMB-nın sədri Taleh Kazımov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.