“Qırmızı xalı”nı bəzədi

Bella Hadid dünyanın ən tərz qadını seçilib

  Məşhur model Bella Hadidin “qırmızı xalı”dakı ən gözəl görüntüləri yayılıb. Görüntüləri yayan “British GQ” jurnalı Bella Hadidi dünyanın ən şıq, ən tərz qadını elan edib. “NTV,com.tr”də yer alan məlumatda bildirilir ki, 26 yaşlı model hazırda dünya podiumlarından ən çox sifariş alan və görüntüləri ən çox yayılan qadındır. Bella Hadid podiumların vazkeçilməzidir, məşhur modellər arasında ən çox podiumlara çıxan da odur. Bununla yanaşı, B.Hadid məşhur markaların reklam simasına da çevrilib. B.Hadidin “qırmızı xalı”lar üzərində görüntüləri isə ən çox baxılır və bəyənmə sayı toplayır. B.Hadidin müxtəlif geyimlərdə - qadın, kişi, küçə, istirahət, iş və gündəlik geyim tərzlərinin fotolarını dərc edən moda jurnalı “Bella Hadid hər nə geyinirsə, bədəninə yaraşdırır”, - yazaraq modelin bütün növ geyimlərdə üstün tərz nümayiş etdirdiyinə diqqət çəkib.