Ukrayna bu istiqamətdə 240 hərbçi itirdi

Rusiya ordusu bir sutka ərzndə Ukrayna Silahlı Qüvvələrinin 240 hərbçisini öldürüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Donetsk istiqamətində “Cənub” qüvvələri bölmələrinin aktiv hərəkətləri Ukraynanın 22, 72-ci mexanikləşdirilmiş və 95-ci hava hücumu briqadalarının canlı qüvvəsini məhv edib. Ukrayna Silahlı Qüvvələri canlı qüvvə itkiləri ilə yanaşı, dörd pikap, eləcə də D-30 haubitsasını itirib”, - məlumatda bildirilib.