Dünyanın çalışan ən yaşlı bərbər qadını: 108 yaşında Ginnesin Rekordlar Kitabına düşüb

Yaponiyada yaşayan 108 yaşlı Hakoişi Şitsui dünyanın ən yaşlı işləyən qadın bərbəri kimi Ginnesin Rekordlar Kitabına düşüb.
Sherg.az xəbər verir ki, Yaponiyanın Toçiqi prefekturasında bərbər işləyən 108 yaşlı Hakoişi Şitsui dünyanın ən yaşlı işləyən qadın bərbəri adını qazanıb.
Ginnesin Rekordlar Kitabının bəyanatında deyilir: "Hakoişi Şitsuinin 108 yaşı var və hələ də saç kəsir".

 
1912-ci ildə Toçiqinin Nakaqava rayonunda anadan olan Hakoişi 14 yaşında paytaxt Tokioda bərbərdə şagirdlik etməyə başlayıb. Hakoişinin 1936-cı ildə bərbər lisenziyasını aldıqdan sonra həyat yoldaşı ilə açdığı bərbər dükanı İkinci Dünya Müharibəsi zamanı dağıdılıb.


 
Qonşularının və müştərilərinin qatıldığı mərasimdə Ginnesin Rekordlar Kitabı sertifikatını alan Hakoişi çıxışında “Uzaqlardan məni görməyə gəlirlər, ona görə də bacardığım qədər peşəmi davam etdirmək istəyirəm” deyib.