110 il öncə Elektrikli avtomobillər mövcud olub

Onlar Nyu-York küçələrində şütüyüblər 

  
Yox, bu, zarafat deyil, süni intellektin çəkdiyi mənzərə deyil. Həqiqətdir. “tr.masahle.com” 1912-ci ilə aid, elektriklə çalışan avtomobilin fotosunu təqdim edib. 
“Sherg.az” xəbər verir ki, bu avtomobil o dönəmdə “General Electric” şirkəti tərəfindən istehsal edilib.  Foto isə şirkətin istehsalı olan avtomobilin reklam kampaniyasının bir parçasıdır.   Avtomobilin markası “Columbia Electric Victoria Phaeton”dur.  Əslində, “Columbia” markasının elektrikli "Victoria Phaeton" modelidir. O illərdə avtomobillər üçün at arabalarının daşıyıcı hissələrindən istifadə edilib. “Victoria Phaeton” da həqiqi at arabası gücündə istehsal edilib və at arabası formasındadır.  “Columbia Electric Victoria Phaeton” modelinin fotosu adıçəkilən istehsalçı şirkətin 1906-cı ildə nəşr etdirdiyi  kataloqda yer alıb. Elektrikli avtomobil 1905-ci ildə satışa çıxarılıb. Onu digər avtomobillərdən fərqləndirən cəhət 24 kameralı mühərrikə, 76 santimetrlik təkər disklərinə, 24 km.saat sürətlə hərəkət etməsi olub. Şirkət avtomobil haqqında “ən ağıllı, ən sürətli, ən praktik və ən təhlükəsiz xəfif elektrikli daşıyıcı” qeydini edib. Bu avtomobillərdən satın almış Nyu-yorkluların adları da kataloqa yerləşdirilib. Avtomobillərin enerji tədarükü  üçün elektrikdolduma stansiyasını isə o dönəmdə “GE” firması quraşdırıb. Demək ki, o zamanlar elektrikli avtomobillər dəb imiş və onlar üçün elektrik stansiyalarını böyük şirkətlər quraşdırıb. Lakin bir müddət sonra Henri Ford ( Fordun atası Ford)  yanacaqla işləyən avtomobillərin daha sərfəli olduğunu anladı və elektrikli avtomobillər yavaş-yavaş sıradan çıxarıldı. Onların yenidən dönüşü isə 100 il sonra baş verdi. Bu onu göstərir ki, tarix təkrar olunmağa meyillidir.