Adam kimi adam...
Yusif Nəzərli
22:00 16.03.2022
Relaks
1027
Yerli əhalinin rəğbətini qazanıb
57 yaşlı təmizlik işçisi çirkli şüşələrdə sənət əsərləri yaradır
Palçıqlı avtomobillərə, çirkli şüşələrə “məni yu!” səssiz etirazların yazıldığını görməmiş deyilsiniz. Paytaxtımızda belədi. Hələ söyüş, nalayiq sözlər yazanlar da olur. Türkiyənin Trabzon şəhərinin Araklı Bələdiyəsində təmizlikçi işləyən 57 yaşlı Erol Ceylan isə tozlu, çirkli şüşələrdə sənət əsərləri yaratmağı bacarıb. Erol Ceylan rəssamlıq istedadını tozlu şüşələr üzərində nümayiş etdirmək yolunu seçib. Erol bələdiyyə işçisi olaraq küçələri təmizləyir, zibilləri daşıyır, tozlu, palçıqlı avtomobil şüşələri üzərində isə rəsmlər, müxtəlif mənzərə şəkilləri, portretlər də çəkir. Hətta bələdiyyə ərazisinə daxil olan divarlara da müxtəlif maraqlı rəsmlər şəkir, küçələrdə fiqurlar düzəldir. Bunları daşları, taxtaları yonaraq edir. Yəni əlavə hansısa materialdan istifadə etmir, əlinin altında, gözünün gördüyü nə varsa, ondan yararlanır.
Erol Ceylanın rəssamlıq, heykəltəraşlıq məharəti yerli əhalinin rəğbətini qazanıb. NTV.com-tr xəbər verir ki, bu barədə E.Ceylan İHA-ya danışıb: Təhsil almamışam. Bizim vaxtımızda belə imkanlar yox idi. Anamla bacı-qardaşları foto çəkdirmişdilər, fotonu anama göndərmişdilər. Anam o fotonu sandığında saxlayırdı. Həmin fotonu sandıqdan gizlicə çıxartdım, arxa tərəfinə qələmlə eynisini həkk etdim. Arxa tərəfdən çəkmişdim deyə, foto cızılmışdı, buna görə anam əsəbiləşdi. Amma mən rəsm çəkmək istəyindən əl çəkmədim. İbtidai sinifdə oxuyanda Atatürkün daşdan büstünü düzəltdim.
Dənizin altında da sahildən topladığım daşlarla rəsmlər çəkirdim. Bu məndə anadangəlmə istedaddır. Ailəmizdə başqa heç kimdə belə istedad yoxdur” deyən Erol Ceylan hər yerə rəsmlər çəkmək istədiyini, hər tərəfi gözəlləşdirməyə çalışdığını söyləyib.
Rəssamlıq həvəsi və ətrafın gözəl görünməsi istəyi o qədər güclüdür ki, tozlu avtomobil görəndə dinc dayanmır, tozun, çirkin üstünə müxtəlif rəsmlər çəkir. E.Ceylan deyir ki, bundan xoşlananlar da var, etiraz edənlər də “bəzən döyüləcəyimdən qorxuram, çünki avtomobil şüşələrinə rəsm çəkməyimi hər kəs eyni cür anlayışla qarşılamır”.
E.Ceylan rəsmləri çəkərkən fırçadan istifadə etmir. Süngər, ya da barmaqlarıyla çəkir.
E.Ceylanın uşaqlıq dostu Nizaməddin Bayraktarsa deyib ki, dostu bəzən palçıqdan, bəzən qar topasından, bəzən də bir odun parçasından sənət əsərləri ortaya çıxarır: “Bizi təəccübləndirməyi bacarır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Gizli” təzyiqinizin olduğunu necə bilməli?
03:49 28.10.2026
Sağlamlıq
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya