Azərbaycanlı bloqeri Ukraynaya buraxmadılar: Gəlib Bakıda pomidor-yumurta yedi
17:18 15.02.2020
Relaks
652
Rusiyada yaşayıb, orada bloqerlik fəaliyyəti ilə məşğul olan əslən azəbaycanlı iş adamı Hüseyn Həsənov Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, Ukraynadakı fanatları ilə görüşmək üçün Kiyev şəhərinə yollanan bloqer Borispol Hava Limanında saxlanılıb və paytaxta buraxılmayıb.
12 saat hava limanında qalan Hüseyn ukraynalı fanatlarına sosial media hesabı ilə səslənərək “Sizinlə görüşməyi çox istəyirdim. Amma min bahənə gətirib bizi ölkəyə buraxmadılar”, - deyib, və ordan Bakıya yola düşüb.
Vətəninə gələn Həsənovu Heydər Əliyev adına Hava Limanında yaxın dostları qarşılayıb və əylənmək üçün kluba aparıb.
Səhər isə qəlyanaltıya gedən məşhur bloqer masanın üzərində olan ləziz təamları telefonun kamerasına həkk edib.
“İnstagram” hesabının “Hekayə” bölümündə gördüklərini paylaşan Hüseyn Həsənov “Mənimlə evlənmək istəyən qız mütləq şəkildə pomidor-yumurta bişirməlidir”, - deyərək, yemək bişirə bilməyən xanım namizədləri atmacalı sözləri ilə iynələyib.
Qeyd edək ki, o, Rusiyada anadan olub, amma etnik azərbaycanlıdır. Bloqerlik fəaliyyəti ilə məşğul olan Hüseyn hazırda sahib olduqlarına görə elə özünə borcludur. Hüseyn Rusiyada ən populyar bloqerlərdən biridir.
Onun 12 milyondan çox “İnstagram” izləyicisi var. Sosial şəbəkədə böyük auditoriyaya sahib olan Həsənov müxtəlif oyunlar keçirməklə sosial media hesablarını inkişaf etdirir. Hüseyn restoran biznesi ilə də məşğul olur və şəxsi geyim markası var. Bakıya tez-tez baş çəkən H.Həsənov burada da gənclərin diqqət mərkəzində olan məşhurlardan biridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AEBA: İranda ağır su istehsalı zavodu artıq fəaliyyət göstərmir
00:38 30.03.2026
Dünya
Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı
00:15 30.03.2026
Ekologiya
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya