Eskobarın begemotları və “yoxa çıxmış xəzinə”si barədə film çəkilir
17:38 18.02.2020
Relaks
581
Bir vaxtlar dünyanın ən böyük narkotaciri Pablo Eskobarın şəxsi zooparkında saxlanılan begemotlar “Netflix”in filminin mövzusuna çevriləcək. “HaberGlobal”ın məlumatına görə, “Cocaine Hippos” (Kokain Begemotları) adlı film Eskobarın xəzinəsinin arxasınca düşən dostların məzəli hekayəsindən bəhs edəcək.
Pablo Eskobar 80-ci illərdə kərgədanlardan tutmuş zürafələrə, fillərdən tutmuş begemotlara qədər ölkəsində yaşamayan bir çox heyvanları Kolumbiyaya gətirtdib, özünə məxsus ərazidə zoopark qurdurub.
Eskobar 1993-cü ildə təhlükəsizlik qüvvələri tərəfindən öldürüldükdən sonra bu heyvanlar Kolumbiya və xaricdəki zooparklara və özəl parklara göndərilib. Yalnız dörd begemotdan başqa...
Olduqca qəzəbli olan heyvanları yaxalamaq təhlükə yaradırdı. Buna görə də onlara toxunulmur və heyvanlar Eskobarın torpağında yaşamağa davam edir.
İndi isə həmin begemotların hekayəsindən bəhrələnərək yeni bir film çəkiləcək. “Netflix” üçün çəkiləcək “Cocaine Hippos” filmi Eskobarın “yoxa çıxmış xəzinəsi”nin arxasınca düşən dostların müxtəlif cinayətkarlar, narkotik tacirləri və begemotlarla yaşadıqları macəraları ekranlaşdıracaq.
Mövzudan göründüyü kimi “Cocaine Hippos” “The Hangover” və “Tropic Thunder” kimi komediya xarakteri daşıyacaq.
Filmin ssenarisini Cordan Vandinanın yazacağı, baş rolu isə Jermen Foulerin ifa edəcəyi gözlənilir.
Eskobarın begemotlarının sayı bu gün 80-ə çatıb. Hələ də narkobaronun keçmiş ərazisi və ətrafında yaşayırlar. Aktivistlərin fikrincə, bu heyvanlar bölgənin ekoloji sistemi üçün böyük təhlükə təşkil edirlər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
AEBA: İranda ağır su istehsalı zavodu artıq fəaliyyət göstərmir
00:38 30.03.2026
Dünya
Mart ayı bitmədən "bağçaya corab atın" çağırışı
00:15 30.03.2026
Ekologiya
"Eşref Rüya" ilə bağlı qərar verildi
00:01 30.03.2026
Şou
Noyer geri dönür
23:54 29.03.2026
Futbol
Məşhur nazirin oğlu Ərəb Liqasının baş katibi seçildi
23:25 29.03.2026
Dünya
Əfqanıstanda daşqınlar nəticəsində 17 nəfər ölüb
23:13 29.03.2026
Dünya
Sadiq dost, dəyərli insan itirdim - Alim Qasımov
22:47 29.03.2026
Mədəniyyət
“Qarabağ” xanım azareşləri üçün girişi pulsuz etdi
21:57 29.03.2026
Futbol
Zelenskinin həyat yoldaşı şikayətləndi
21:27 29.03.2026
Dünya
Serbiyada bir neçə şəhər və bələdiyyəyə yerli seçkilər keçirilib
20:59 29.03.2026
Dünya
İsrail son 24 saat ərzində İranda 140 hədəfə zərbə endirib
20:47 29.03.2026
Dünya
Rasim Balayevin oğlu: Atamın vəziyyəti qəflətən pisləşdi
20:18 29.03.2026
Mədəniyyət
Zelenski: Sanksiyaların qaldırılması Rusiyaya fayda verəcək
19:45 29.03.2026
Dünya
Naməlum dronlar Finlandiyanın hava məkanını pozub
19:23 29.03.2026
Dünya
İran İsrailə yenidən zərbələr endirdi - YENİLƏNDİ
19:18 29.03.2026
Dünya