İdmançını parçalamış ayını bağışladılar
Yusif Nəzərli
04:38 19.04.2023
Relaks
1639
Vəfat etmiş Andreanın ailəsi ayının öldürülməsinə etiraz edib
İtaliyanın şimalındakı Trento Muxtar Bölgəsində, Alp dağları ətəklərində qaçış ustası Andrea Papi qəflətən bir ayının hücumuna məruz qalıb. “Şərq” “NTV.com.tr”yə istinadən xəbər verir ki, Andrea Papi Alp ərazisindəki Caldes qəsəbəsi yaxınlığında məşq edib. Dişi ayı bu zaman ona hücum edib və idmançını ağır yaralayıb. Aldığı yaralardan idmançı vəfat edib. Kişinin cəsədini aşkarlayan yerli polis onun ayı hücumu nəticəsində öldüyünü təsdiqləyib. “Jj4” adı verilmiş ayının ərazidə təqibi başladılıb.
Ov itlərinin köməyi ilə Trento yaxınlığındakı Madonna di Campiglio bölgəsində 1400 metr yüksəklikdə ayının izinə düşüblər və orada tələ qurulub. Bir müddət sonra ayı tələyə düşüb. İdmançıya hücum etmiş ayının 17 yaşlı dişi olduğu müəyyənləşib. Muxtar bölgə başqanı ayı harda görünsə, dərhal vurulması göstərişi verib. Lakin vəfat etmiş Andreanın ailəsi ayının öldürülməsinə etiraz edib.
Ələ keçirilən ayı Castellər vəhşi təbiəti qoruma sığınacağına təslim edilib. Bölgədə 2020-ci ildə də oxşar faciənin yaşandığı bildirilir. Lakin o zaman da məhkəmə ayıların məhv edilməsi qərarını ləğv edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya