Niyə telefona “alo” deyə cavab veririk? - Tarixi XVI əsrə gedib çıxır
14:51 05.02.2023
Relaks
1803
Bu söz qədim zamanlarda müxtəlif mənalar daşıyırdı
Telefonu götürəndə salam kimi “alo” deyirik. Ümumbəşəri şəkildə işlənən bu söz qədim zamanlarda müxtəlif mənalar daşıyırdı. Vaxt keçdikcə formasını dəyişən söz telefonun ixtiraçısı Tomas Edisonun sayəsində bu qədər populyarlaşdı.
Bu gün zəng edənə “alo” deyərək salam veririk, lakin o söz həmişə o məqsədlə işlədilməyib. Bu söz XVI əsrdə “dayan” mənasında “halo” kimi istifadə edilmişdir.
Sonrakı bir neçə əsrdə bu söz kiminsə diqqətini cəlb etmək üçün istifadə olunurdu (məsələn, uzaqdan kiməsə “hey!” qışqırmaq). Bir müddət bu söz hətta itlərə göstəriş vermək üçün də istifadə olunurdu (bir növ atların hərəkət etməsi üçün "deh" kimi).
Lakin 19-cu əsrdə telefonun yayılması ilə hər şey dəyişdi. Telefonun ixtiraçısı kimi tanınan Tomas Edison telefondan istifadə edən insanlar üçün söz axtarırmış və bunun "halo" olacağına qərar vermiş və onu ətrafındakı insanlara təklif etmişdir.
Buradakı “halo” yenə bildiyimiz “alo” deyil. O vaxtlar telefon xətləri o qədər də təkmil deyildi, təbii ki, xətlərdə problemlər var idi. Zəng edənin diqqətini cəlb etmək üçün “halo” sözü işlədilirdi; yəni "orada kimsə varmı?" kimi.
Edisonun təsiri ilə o dövrdə istehsal olunan telefonların istifadə kitabçalarında kiməsə zəng etdikdə qarşı tərəfə “halo” deməsi tövsiyə olunurdu.
Zaman keçdikcə telefon xətləri yaxşılaşdı və “halo” sözü zəng edənə deyil, zəngi qəbul edən şəxsə qarşı salamlama sözü kimi istifadə olunmağa başladı.
Mənbə: Mental Floss
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm
Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb
12:29 13.08.2026
Region