“O mənim gözlərimə, mənsə onun əsəbi halına aşiq oldum”
09:18 21.12.2022
Relaks
1778
Düz 28 ildir, həyat yoldaşının fotosunu cibində gəzdirdiyi cüzdanının içində saxlayır
Türkiyənin Kocaeli bölgəsində 50 ildir kafe işlədən 62 yaşlı Şaban Temel həyat yoldaşı Elenanın fotosunu 28 ildir cibində gəzdirdiyi cüzdanının içində saxlayır. Şaban Temel həyat yoldaşı ilə aralarındakı sevgi hekayəsini belə anladır: “O mənim yaşıl gözlərimə, mənsə onun əsəbi halına aşiq oldum”. “Şərq” “Milliyet.com”a istinadən Şabanla Elenanın böyük sevgisinə işıq tutub. Ş.Temel həyat yoldaşının fotosunu nədən daim cüzdanında saxladığının səbəbini də anladıb: “Həyat yoldaşımı dəli kimi sevirəm. Onu görmədiyim zaman işlərim düz getmir, gördüyümdə də “dır-dır”ı (söylənir) bitmək bilmir. Ancaq onun yeri daim qəlbimdədir. Ona görə də fotosunu cüzdanımda gəzdirirəm. Sanki hər dəqiqə mənimlədir kimi”. Ş.Temel Kocaelinin Kartepe bölgəsində yaşayır. 5 yaşından nənəsi ilə birlikdə çobanlıq edib, qoyun-quzu otarıb. Gəncliyində müxtəlif işlərdə çalışıb, restoranda işləyib, sonra isə kafe açaraq müştəriləri dadlı türk qəhvəsinə qonaq etməyə başlayıb. 40 yaşında bir iş ardınca Rusiyaya gedib. Rusiyadan qayıdarkən Rumıniyada Elena adlı qadınla tanış olub. O zaman Şabanın 40, Elenanınsa 33 yaşı varmış. Elena da Şabana vurulub və onlar evləniblər. Elena 28 il əvvəl Şabana fotosunu verib. O gün bu gün, Şaban Elenanın fotoqrafını cüzdanında, “ürəyinin başında” gəzdirir. Ş.Temel deyib ki, 50 ildir kafe işlədir, ən az müştəri olan dönəm indidir: “Aylıq maaşım və kafenin gəliriylə dolanırıq. 28 ildir evliyəm. Həyat yoldaşım və oğlumla birlikdə yaşayırıq. İş yerində nə zaman darıxdım, Elenanın fotosunu cüzdanımdan çıxarıb baxıram. Bəlkə gündə 50 dəfə şəklinə baxıram. Onu görmədən əlim işə yatmır, işlərim də düz gətirmir. O üzdən şəklini daim yanımda saxlayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İnfantino DÇ-2030-da 64 komandanın iştirakını istəyir
17:27 13.08.2026
Dünya
Ukraynalı polkovnikin külü Rotterdamdan Kiyevə gətirildi
17:20 13.08.2026
Dünya
Tufandağ buzlağının ekosistemində dəyişikliklər qeydə alınıb
17:13 13.08.2026
Ekologiya
SEPAH: Hörmüz boğazı tamamilə İranın nəzarəti altındadır
17:06 13.08.2026
Gündəm
Pişiklər bizə nə öyrədir? - Olduqca maraqlıdır
16:53 13.08.2026
Maraqlı
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı
16:43 13.08.2026
Gündəm
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm