Avropa Parlamenti sülhü yox, gərginliyi körükləyir - ŞƏRH
01:34 28.10.2025
Siyasət
449
Əlisahib Hüseynov: “Azərbaycan deputatlarının İrəvana getməməsi tamamilə düzgün qərardır”
Azərbaycan Milli Məclisinin nümayəndə heyəti Avronest Parlament Assambleyasının oktyabrın 28-30-u İrəvanda keçiriləcək 12-ci plenar sessiyasında iştirak etməyəcək. Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Tahir Mirkişili bildirib ki, Avropa Parlamentinin qəbul etdiyi sənədlər, bəyanatlar Azərbaycanın dövlət suverenliyinə, ərazi bütövlüyünə qarşıdır. Onun sözlərinə görə, bu bəyanatlar həm də regionda Azərbaycan və Ermənistan arasında gedən sülh prosesini dəstəkləmir.
Əksinə, regionda düşmənçiliyin davam etməsində maraqlı olan qüvvələrin dəyirmanına su tökür: "Avropa Parlamentinin Vaşinqton görüşü barədə qeyri-konstruktiv bəyanatı Azərbaycan nümayəndə heyətinin bu təşkilat ilə Avronest PA çərçivəsində əməkdaşlığın faydalılığına inamına bir daha ciddi zərbə vurub. Bu səbəblərdən İrəvanda keçiriləcək plenar iclasda iştirak etməyəcəyik. Təşkilatın rəhbərliyinə də bu iradlarımızı bildirmişik". T.Mirkişili qeyd edib ki, bu qərar tədbirin Ermənistanda keçirilməsi ilə bağlı deyil: "Bu gün Azərbaycan və Ermənistan arasında sülh artıq təmin olunub, münasibətlərin normallaşdırılması istiqamətində əməli addımlar da atılır".
Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan deputatlarının İrəvanda keçiriləcək tədbirdə iştirak etməmək qərarı tamamilə düzgün qərardır. Ekspertə görə, bu qərar Avropa Parlamentinin son dövrlərdə Azərbaycanın dövlət suverenliyinə və ərazi bütövlüyünə qarşı qəbul etdiyi qətnamə və bəyanatlara adekvat cavabdır:
"Avropa Parlamentinin sözügedən qətnamə və bəyanatları regionda Azərbaycan və Ermənistan arasında normallaşmanı və sülh prosesini dəstəkləmək əvəzinə, əksinə, gərginliyin davam etməsinə, revanşizmin körüklənməsinə xidmət edirdi. Azərbaycan Parlamenti və eləcə də ictimai-siyasi təşkilatların təmsilçiləri Avropa Parlamentinin anti-Azərbaycan fəaliyyətlərinə, çağırışlarına qarşı dəfələrlə etiraz bəyanatları ilə çıxış edib. Eyni addımı Avronest Parlament Assambleyası da ata bilər, Avropa Parlamentinin qızışdırıcı və ədalətsiz mövqeyinə sərt etirazını bildirə bilərdi. Lakin əfsuslar olsun ki, biz heç vaxt Avronest PA-dan belə bir obyektiv davranış, performans görmədik. Avronest PA Avropa Parlamentinin Cənubi Qafqazda eskalasiyanın davam etməsində maraqlı olan liberal-qlobalist dairələrin mənafelərinə xidmət etməsinə göz yumdu. Avronest hətta Avropa Parlamentinin bu il avqustun 8-də Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda imzaladığı razılaşmaların ruhuna zidd olan bəyanatla çıxış etməsinə də etirazını bildirmədi. Halbuki həmin razılaşmalar dünyanın bütün sülhsevər qüvvələri tərəfindən təqdirlə qarşılanmış, alqışlanmışdı. Məntiqlə eyni mövqeyi Avropa Parlamenti də sərgiləməli, avroparlamentarilər Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin Vaşinqtonda paraflanmasını alqışlarla qarşılamalıydılar. Ancaq çox təəssüf ki, biz tamamilə bunun əksinə olan bir mənzərə ilə üzləşdik. Gürcüstan deputatları da İrəvandakı plenar iclasın işində iştirak etməkdən imtina ediblər. Bu qərar heç bir halda Ermənistana qarşı yönəlməyib və tədbirin İrəvanda keçirilməsi ilə də bağlı deyil. Qərar sadəcə olaraq Avropa Parlamentinin ədalətsiz mövqeyinə və Avronestin susqunluğuna etirazla bağlıdır. Azərbaycan və Ermənistan Avropa Parlamentinin dəstəyi olmadan da sülh yolunu davam etdirəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət