Düyü B1, B2, E vitaminləri, dəmir, fosfor, kalium, natrium, maqnezium və kalsium baxımından olduqca zəngindir. Asiya qitəsində hər yemək saatlarında düyüdən təbabətdə təbii dərman, kosmetika sektorunda isə gözəllik vasitəsi kimi geniş istifadə edilir. Düyü suyu mədə və bağırsaq sağlamlığı üçün olduqca faydalıdır.
Antioksidant baxımından zəngin olan düyü suyu içildikdə çox faydalıdır. Orqanizmdəki sərbəst radikalları sidik yolu ilə ataraq xərçəng hüceyrələrinin əmələ gəlməsini əngəlləyir. Xüsusilə yemək borusu, mədə və bağırsaq xərçəng xəstəliklərini qarşısını alan düyü suyu həzmi asanlaşdırır.
Nizamlı istifadə edildikdə, tərkibindəki nişasta bağırsaq florasını tənzimləyir. Bu sayədə ishal və qəbizlik kimi xəstəliklərin baş vermə ehtimalı azalır.
Yeməklərdən əvvəl bir istəkan düyü suyu içmək metabolizmi sürətləndirir və çəki itkisini asanlaşdırır.
Mütəxəssislərin fikrincə, asiyalı qadınların saçlarının gec ağarmasının səbəbi düyü suyu ilə bağlıdır. Bir çox Asiya ölkələrində qadınlar saçlarını düyü suyundan hazırlanan şampunlarla yuyur.
Düyü daşıdığı antioksidant sayəsində saç köklərini gücləndirir. Güclənən saç köklərində kəpəklənmə, ağarma, tökülmə və qırılma kimi halların baş vermə ehtimalı aşağı düşür.
Saç üçün düyü suyunun istifadəsi Çin və Yaponiyada, həmçinin dünyanın digər ölkələrində məşhur bir vasitə olub. Düyünün faydaları ilk olaraq uzaq şərqdə kəşf edilsə də, sürətlə bütün dünya düyünün gözəllik qatan təsirlərini öyrənməyə davam edir.
Antiseptik xüsusiyyəti sayəsində tonik olaraq istifadə edildikdə dəridə deformasiya olmuş hüceyrələri yeniləyir. Sızanaq və qara nöqtə yaranmasına mane olur. Dərinin daha parlaq və canlı görünməsini təmin edir. Eyni zamanda, yanıq və dəri xəstəliklərinə müalicəvi təsir göstərir.