Amerika Birləşmiş Ştatları Moldovada bəzi layihələrin maliyyələşdirilməsini bərpa edəcək.
AZƏRTAC Moldova mətbuatına istinadla xəbər verir ki, bunu ABŞ-dən işgüzar səfərdən qayıdan Moldova Parlamentinin spikeri İqor Qrosu deyib. "Bəzi layihələrin maliyyələşdirilməsi ilə bağlı danışıqlar aparılıb. Yaxşı siqnallar var. Layihələrin adını çəkmək istəmirəm, amma bizim eşitdiyimiz layihələr var, onlar prioritet sahələrdədir”, - deyə İqor Qrosu bildirib.
Xatırladaq ki, Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ-nin Moldovaya maliyyə layihələrini dayandırıb.