Məktəb yeməyində  ölü kərtənkələ: 65 şagird zəhərləndi

 Hindistanın Çhattisqarh əyalətində ibtidai məktəbin 65 şagirdi nahar yeməyində ölü kərtənkələ tapıldıqdan sonra xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Sherg.az xəbərinə görə, bir şagird Turripani İbtidai məktəbində, Qacadharpurda nahar edərkən boşqabında ölü kərtənkələ görüb.

Rəsmilərə xəbərdarlıq edildikdən sonra bütün şagirdlərinnyeməklərini dayandırıblar.

Yemək yediyi aşkarlanan 65 şagirddə ürəkbulanma, mədə ağrısı və qusma şikayətləri müşahidə olunub.

Xəstələnən bütün tələbələr Balrampur-Ramanujqanc bölgəsindəki xəstəxanaya yerləşdirilib.

Müalicə alan və sağalmış tələbələrin evə buraxılmasına başlanılıb.

Səlahiyyətlilər, kərtənkələnin ibtidai məktəbin naharına necə girdiyini müəyyən etmək üçün araşdırma başlandığını açıqlayıb.