Gədəbəydə ana və qızı döyülüb

Gədəbəydə döyülmə faktı qeydı alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Söyüdlü kəndində qeydə alınıb. 1983-cü il təvəllüdlü İ.Mürsəlova və övladı 2007-ci il təvəllüdlü N.Mürsəlova döyülərək xəsarət alıb və xəstəxanaya yerləşdiriliblər.

Məlumata görə, İ.Mürsəlova qaynatası və baldızı tərəfindən döyülüb.

Faktla bağlı araşdırma aparılır.