Əhməd əş-Şara Antalyadakı foruma qatılacaq

Suriya keçid hökumətinin Prezidenti Əhməd əş-Şara bu gün Türkiyəyə səfər edəcək.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mediası yayıb.

Bildirilib ki, Şara səfər çərçivəsində 4-cü Antalya Diplomatik Forumunda iştirak edəcək.

Xatırladaq ki, bu, Suriya liderinin Türkiyəyə 2-ci səfəridir. O, cari ilin fevral ayında da Türkiyəyə gəlmişdi.