Dr. Cavid ƏHMƏDBƏYLİ: “Klinikamızda müayinə və müalicələr müasir stomatologiyanın bütün sahələri üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır”
“DentGroup” stomatoloji klinikalar şəbəkəsinin ilk klinikası 2006-cı ildə İstanbul şəhərində Bağdat Caddesində Dr. Efe Celebi tərəfindən təsis olunub. 2012-ci ildən korporativ idarəetmə, yetkin insanlar üçün “DentGroup” və 0-12 yaşında uşaqlar üçün “DentGroup Kids” klinikalarını müxtəlif şəhərlərdə açaraq bu markastomatologiya sahəsində yeni konsepsiya ilə inkişaf etdirilib. Türkiyədə, Almaniyada və Azərbaycanda 23 klinika, 150-dən çox həkim və ümümilikdə 350 nəfərlik əməkdaşdan ibarət komanda ilə yüksək keyfiyyətli xidmət göstərilməkdədir.
“DentGroup Baku” stomatoloji klinikası Türkiyədə təhsil almış və “DentGroup” klinikalarında fəaliyyət göstərmiş Diş əti xəstəlikləri və cərrahiyyəsi mütəxəssisi Dr. Cavid Əhmədbəylinin rəhbərliyi ilə 1 iyun 2020-ci il tarixindən Bakı şəhərində fəaliyyətə başlayıb. ‘‘Dünyanı Dəyişdir’’ süarına malik olan “DentGroup” stomatoloji klinikalar şəbəkəsinin pasientləri üçün xüsusi DentApp mobil tətbiqi və DentSoft proqram təminatı, çap və rəqəmsal formatda təqdim olunan DG WORLD jurnalı, məşhur musiqilərdən ibarət onlayn musiqi yayımı DG FM radiyosu, öz rəqəmsal DentLab laboratoriyası, təhsil təqaüdü, müalicə müsabiqəsi və həkimlərin davamlı təhsilindən ibarət DentGroup Akademiyası və25-dən çox ölkədə fəaliyyət göstərən DentGroup International stomatoloji səhiyyə turizm şirkəti kimi özünə məxsus markaları mövcuddur.
Bakı şəhərində fəaliyyət göstərən “DentGroup Baku” klinikasının təsisçisi və rəhbəri Dr.Cavid Əhmədbəyli Sherg.az-ın sullarını cavablandırıb.
- Klinikada hansı müalicələr aparılır?
- “DentGroup Baku” klinikasında müayinə və müalicələr müasir stomatologiyanın bütün sahələri üzrə ixtisaslaşmış mütəxəssislər tərəfindən aparılır. Klinikada breketsiz & breketli ortodontik müalicə; estetik gülüş dizaynı ilə zirkon və empress qapaqların tətbiqi; dişlərin ağardılması; diş əti estetikası;kompozit və keramik vinirlər; implantlar;kanal müalicəsi; ağıl dişlərinin çəkilməsi; diş əti xəstəliklərinin müalicəsi və cərrahiyyəsi; xoruldamanın fərdi cihaz ilə müalicəsi; ağız boşluğu xərçənginin erkən diaqnostikası və skrininqi; tam dişsiz çənələrdə All-On-Four implant müalicəsi; hamilələr, 0-12 yaşında uşaqlar və idmançılar üçün fərdi stomatoloji müalicələr tətbiq olunur.
- Pandemiya dövründə klinikada hansı qoruyucu tədbirlər görülür?
-Klinikada mütəmadi olaraq xüsusi qoruyucu tədbirlər həyata keçirilir. Həkimlər və klinikanın əməkdaşları tərəfindən tibbi maska, eynək, kalpak və üz sipəri kimi fərdi vasitələr istifadə olunur. Klinika davamlı olaraq ultrabənövşəyi işıqlar və buxar cihazları ilə təmizlənlənir. Klinikaya daxil olan bütün pasientlərin hərarətləri təmassız termometr ilə ölçülür. Tibbi maskası olmayanlar yenisi ilə təmin olunurlar. Pasientlər klinikanın girişində, gözləmə və müalicə otaqlarında əl dezinfeksiya edici məhlullardan istifadə edə bilirlər. Müalicəyə başlamadan öncə hər bir pasientə ağız boşluğunu yaxalamaq üçün antiseptik məhlullar verilir.
- Ağız boşluğunda narahatçılığı olan və klinikaya müraciət etmək istəyən insanlar nələrə diqqət etməlidirlər?
- Pasientin vəziyyəti təcili deyilsə, klinikaya gəlmədən öncə onların təhlükəsizliyi üçün xüsusi hazırlanmış Covid-19 onlayn anketi doldurmalıdırlar. Təxirə salınmaz müalicəyə ehtiyacı olan pasientlərə qoruyucu tədbirlər haqqında ətraflı məlumatlar telefonla verilir. Pasientlər klinikaya tam vaxtında və təkbaşına gəlməlidirlər. Uşaqların yanında yalnız 1 nəfərin müşahidə etməsinə icazə verilir. Klinikaya gəldikdə sosial məsafə qaydalarına riayət etməlidirlər, tibbi maska mütləq taxılmalıdır və müalicə otaqı xaricində çıxardılmamalıdır. Uşaqların yanında yalnız 1 nəfərin müşahidə etməsinə icazə verilir.
- Diş əti və dişlərin sağlamlığı üçün hansı məqamlara diqqət yetirmək lazımdır?
- Hər bir insan dişləri, diş əti və ağız boşluğu sağlamlığına diqqət yetirməlidir. Qanayan diş əti normal hal deyil. Dərhal stomatoloqa müraciət etmək lazımdır. Şəkərli və nişastalı qidaların qəbulunun azaldılması kariyes və diş əti xəstəliklərinin qarşısının alınması üçün vacibdir və bu qidaların qəbulu əsas qidalanma vaxtları ilə məhdudlaşdırılmalıdır. Ağız boşluğu sağlamlığı ilə əlaqədar maarifləndirmə uşaqları, anaları, ana olmağa hazırlaşan qadınları, evdə uşaqların qayğısına qalan personalı və digər kateqoriyaları əhatə etməlidir. İnsanlar sağlam həyat tərzi sürməlidirlər (aşağı rafinalaşdırılmış şəkər və yüksək antioksidant qidalanma, aktiv fiziki fəaliyyət, daha az stress) və siqaret çəkməməlidirlər. Şəkərli diabeti olan insanlarda diş əti müalicəsi qandakı şəkərin tənzimlənməsi ilə insanın ümumi sağlamlığına müsbət təsir göstərir. Dişlərin bütün səthləri ən az 2 dəqiqə ərzində gündə 2 dəfə olmaqla flüoridli diş məcunları ilə fırçalamalıdır, dişlərarası məsafələr diş ipi və xüsusi fırçalar ilə təmizlənməlidir və diş ərpini azaldan antibakterial yaxalayıcı məhlullar istifadə olunmaldır. Periodik müayinə və peşəkar təmizliklər üçün ildə iki dəfə həkimə müraciət etməlidirlər.
Yusif