Ancaq koronaviruslu xəstələr daha çox yoluxdurma potensialına sahibdir və risklidir
"Covid-19" qripdən daha çox yoluxucudur. Onların hər ikisi oxşar yollarla keçir. Payız fəslinin gəlişi isə tənəffüs yolu ilə yoluxan qrip hallarının artması çoxalır. Hər iki virusun oxşarlığı tənəffüs damlaları ilə ötürülən virusdur. Qripdən qaynaqlanan xəstələrdə şikayətlər başladıqdan sonra yoluxma ən yüksək nöqtədə olsa da, koronavirusa yoluxanlarda simptomlar başlamazdan 48 saat əvvəl yoluxduruculuq ən yüksək səviyyədə olur. Hər iki xəstəlikdə də asemptomatik insanlar yoluxucu ola bilər, ancaq xəstəliyin əlamətlərini göstərən insanlar hər zaman daha çox yoluxdurma potensialına sahibdir”.
Bu sözləri "Şərq"ə açıqlamasında həkim Rəna Vahabova deyib.
Həkim bildirib ki, qrip xəstəliyində tez-tez yüksək hərarət, tərləmə, baş və əzələ ağrısı, boğaz ağrısı, öskürək, burunun axması və halsızlıq kimi əlamətlər olur:
"Koronavirusda da bu əlamətlərə rast gəlmək mümkündür. Amma burada əlavə nəfəs darlığı və halsızlıq kimi əlamətlər müşahidə olunur. COVID-19-a yoluxmada çox vaxt burun axıntısı və boğaz ağrısı görülmür, əsasən dad və iybilmə problemləri olur. Qriplə koronavirusun əlamətlərinin əsas fərqi burun axıntısının və boğaz ağrısının olmamasında görünür.
Qrip üçün inkubasiya müddəti 1-4 gündür, COVID-19-da isə inkubasiya müddəti 2-14 gündür. Qrip şikayətləri xəstəliyin ilk 3-7-ci günlərində görülərkən, koronavirusda şikayətlər xəstəliyin 2-3-cü həftəsində görülür”.
Həkim onu da bildirib ki, qrip və koronavirusun eyni zamanda baş verməsi insan üçün ikiqat risklidir: “Qrip və koronavirusa birlikdə yoluxanlar xəstəliyi daha ağır keçirəcəyi üçün hamının qripə qarşı peyvənd olunması vacibdir”.