Çox az qaldı: Türkiyə peyvəndi dövrəyə girir    

Ərdoğan peyvənd istehsalında mühüm irəliləyişdən danışdı 


“D-8” toplantısına onlayn qatılan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus pandemiyası və peyvənd istehsalından da danışıb.

“Yerli peyvəndi bütün insanlığın istifadəsinə  təqdim edəcəyik”, söyləyən Ərdoğan peyvənd məsələsinin ölkələrin şəxsi mənfəəti və qazancına qurban getməməsinin önəm daşıdığını vurğulayıb.

“Bunu hər zaman açıq söylədik” deyən Ərdoğan çıxışını bu sözlərlə davam etdirib:

“Türkiyə hazırda insanlar üzərində sınaqdan keçirdiyi “COVİD-19” peyvəndini tam hazır olduqda kimsəni geridə buraxmamaq şərti ilə bütün bəşəriyyətin istifadəsinə təqdim edəcək”.