Həyat tərzi, genetik faktorlar, viral infeksiyalar və immunitet sistemi problemləri kimi bir çox faktor xərçəngin inkişaf ehtimalını artıra bilər.
Sherg.az xəbər verir ki, Xərçəng riskində yaşın əhəmiyyətini vurğulayan elm adamları erkən diaqnoz qoyulmadığı təqdirdə ölümlə nəticələnə bilən xəstəliklə bağlı sensasiyalı araşdırma aparıblar.
İllər keçdikcə toplanan genetik mutasiyalar səbəbiylə 60-70 yaşlarında olan insanlarda xərçəng riski artır, lakin bu riskin 80 yaşdan sonra azalması elm aləmində təəccüblü bir tapıntı kimi qəbul edilir.
Siçanlarda ağciyər xərçəngini öyrənən alimlər alveolyar tip 2 (AT2) kök hüceyrələrinin davranışını müşahidə ediblər. Tədqiqat yaşlı siçanlarda NUPR1 adlı zülalın səviyyəsinin artdığını müəyyən edib. Bu zülal hüceyrələrin sanki dəmir çatışmazlığı varmış kimi davranmasına səbəb olur, xərçəngli və sağlam şişlərin böyüməsini məhdudlaşdırır.
Xərçəng bioloqu Xueqian Zhuang deyib: "Yaşlanan hüceyrələrdə əslində daha çox dəmir var, lakin hələ tam başa düşmədiyimiz səbəblərə görə, bu hüceyrələr kifayət qədər dəmirə malik olmadığını hiss edirlər. Nəticədə qocalmış hüceyrələrin bərpası qabiliyyəti azalır və xərçəngin nəzarətsiz böyüməsi də azalır."
Alimlər siçan təcrübələrindən əldə etdikləri nəticələrin insan hüceyrələrində də keçərli olduğunu kəşf ediblər. Yüksək NUPR1 səviyyələri hüceyrələr üçün mövcud olan dəmir miqdarını azaldır. NUPR1-in süni şəkildə azaldılması və ya dəmirin artırılması hüceyrələrin böyümə qabiliyyətini yenidən artırır.
"Məlumatlarımız göstərir ki, gənc yaşda baş verən amillər xərçəngin qarşısının alınmasında sonradan yarananlardan daha təhlükəli olur. Buna görə də gəncləri siqaretdən, qaralmaqdan və digər kanserogenlərdən qorumaq daha kritik ola bilər", - xərçəng bioloqu Tuomas Tammela xəbərdar edib.