Ebolaya yoluxanların sayı 11 mini keçdi

Konqo və Afrikanın digər ölkələrində Ebola virusuna yoluxma hallarının sayı 11 mini keçib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, hazırkı epidemiya tarixdə qeydə alınan ikinci ən genişmiqyaslı yayılma hesab olunur.