"COVİD" testləri hamıdan alınmalıdır, yoxsa CİDDİ TƏHLÜKƏ...



“Təcili Yardım “temperatur 37 dərəcədən yuxarıdır” deyə, hər çağırışa gələ bilməz”. Xatırlayırsınızsa, bunu təcili yardım həkimi demişdi. İzah da bu idi ki, temperatutu olan hər adam koronavirus xəstəsi sayılmaz. Bəs əgər “koronadır”sa? 
Vətəndaş şübhə içində polklinikaya müraciət edir, oradansa, temperetur yüksək deyilsə, gələ bilmərik. Və ya ümumiyyətlə, çağırışa gəlmirlər. Vətəndaş da məcbur olur, təbii əgər pulu varsa, özəl klinikalara gedir və “korona” testi verir. Pulu olmayan neyləsin bəs? Təcili Yardım da, yerli poliklinikalar da adam hərarət, öskürək, sümük ağrıları... kimi “korona” əlamətləri yoxdursa, çağıırışa gəlmir və test etmirlər.

Mütəxəssis hesab edir ki, məhz belə vəziyyət ölkədə “COVİD-19”a həm yoluxma, həm də ölüm hallarının sayını atırır.


Azərbaycan Dövlət TibbUniversitetinin professoru, Azərbaycan Həkimləri İctimai Birliyi İdarə Heyətinin üzvü Adil Qeybulla “Şərq.az”a açıqlamasında bir neçə saat əvvəl AHİB-nin bəyanatının yayıldığını və orada hazırkı narahatedici durumla bağlı tövsiyələrin yer aldığını dedi. A.Qeybulla qeyd etdi ki, test üçün müraciət edən şəxslərə heç bir vəchlə məhdudiyyət qoyulmamalıdır: 

- Məsələn, COVİD-19 testinin edilməsi üçün hərarətin 38°C-dən yuxarı olması və sair tələb olunur. Hərarəti olub-olmaması əsas şərt kimi irəli sürülməməlidir. Hərarətin necəliyindən asılı olmayaraq təcili tibbi yardıma, poliklinika və stasionarlara müraciət edən şübhəli şəxslərdən və test analizi müsbət çıxmış şəxslərlə təmasda olduğu şəxslərdən test analizinin götürülməsini təmin etmək zəruridir. Uşaq poliklinikalarında uşaqların test edilməsi təmin edilməlidir. Təcili şəkildə testlərin muntəzəm, hamılıqla və ödənişsiz aparılması təmin edilməlidir. Bəzən uşaqlar, gənclər xəstəliyi simtomsuz ayaq ustə keçirirlər və əsas daşıyıcı və yoluxdurucu da onlardır. 

A.Qeybulla qeyd etdi ki, ölkəmizdə də CoVid-19 pandemiyasının dünyada rəsmən elan edilən 3-cü dalğası yaşanır:

- Son günlərdə CoVid-19 xəstəliyinə yeni yoluxma hallarının kəskin artması ilə əlaqədar tibb xidməti işinin təşkilində ciddi problemlər yaranıb. 2-ci dalğada ortaya çıxan çətinliklər indi də hiss olunmaqdadır. AHİB istər ölkə üzrə əhali sayına, istərsə də xəstələnlərin sayına düşən ölüm hallarının başqa ölkələrə nisbətən yüksək olması faktından narahaqlıq ifadə edir və bu tədbirlərin görülməsini zəruri sayır:

- CoVid-19 pandemiyası sürəci boyu dünya təcrübəsi göstərdi ki, yeni yoluxma hallarının qarşısını almaq və epidemioloji vəziyyətə nəzarət üçün əsas tədbirlərdən biri kütləvi testləşdirmənin aparılmasıdır.

Əksər ölkələrdə (Çin Xalq Respublikası, Cənubi Koreya və Yaponiyada) bu təcrübə çox effektli oldu. Ölkəmizdə də CoVid-19 xəstəliyini vaxtında aşkar edib yoluxanları izolyasiya etmək məqsədilə test sayının artırılması təmin edilməlidir. Kütləvi peyvəndləmənin dünya təcrübəsindən yararlanmaq lazımdır. Müxtəlif mülkiyyətli tibb müəssisələrində, məntəqələrində, geniş iş yerlərində, iri marketlərdə vaksinasiya guşələri yaratmaqla peyvəndləmə işinin kütləviliyi təmin edilməlidir. Əhali arasında kütləvi sayda ev (ambulator) müalicəsi alanların olduğu, reseptlərdə antibiotiklərin, antiviral dərmanların yerli-yersiz istifadəsinə son qoyulmalıdır. ÜST protokolları əsasında müalicə prinsipləri elmi baxımdan tibb ictimaiyyətinə mütəmadi izah edilməli, əhali arasında maarifləndirmə işini gücləndirilməlidir. Təcili tibbi yardım işçilərinin Prezident sərəncamı və Nazirlər Kabinetinin müvafiq qərarı əsasında maaşlarına nəzərdə tutulan əlavələr yanvar ayında təqribən 50% azaldılaraq verilib, fevral-mart ayları üzrə verilməsi isə indiyədək təmin olunmayıb.

CoVid-19-dan dünyasını dəyişən tibb işçilərinin xatirəsi indiyə qədər əbədiləşdirməyib və ailələrinə kompensasiya verilməyib. Bu məsələ ilə bağlı hökuməti təcili tədbirlər görməyə çağırırıq.