Son 24 saat ərzində Türkiyədə koronavirusdan 114 nəfər vəfat edib.
“Haber Global” ölkənin Səhiyyə Nazirliyinə istinadən bildirir ki, iyunun 3-də yoxlanış məqsədilə götürülən 222 847 testdən 6602-i müsbət çıxıb.
Sutka ərzində 8540 nəfərin sağalması və ya karantin müddətinin bitməsi ilə bugünədək virusdan sağalanların ümumi sayı 5 139 993 nəfərə yüksəlib.
Qeyd olunub ki, hazırda Türkiyə xəstəxanalarında COVID-19 diaqnozu ilə yatan ağır xəstələrin sayı 1219 nəfərdir.