Cənubi Afrikada yayılan bir xəstəlik arıların sayının günü-gündən azalmasına səbəb olub. Qlobal istiləşmə, ətraf mühitin çirklənməsi və insan faktoru ilə yanaşı, arılar hazırda göbələk xəstəliyi səbəbiylə ölür.
“Sherg.az” “Cnnturk.com”a istinadən bildirir ki, ölkədə arılar arasında “AFB” xəstəliyinin yayılması da narahatlığa səbəb olub.
Elm adamları arılar olmadığı təqdirdə dünyadakı canlı növlərinin çoxunun yox olacağı barədə xəbərdarlıq ediblər.