“Bakıdakı özəl klinikalarda COVİD-19-a qarşı vaksinasiya olunmaq istəyən vətəndaşlardan pul alınması ilə bağlı xəbərlər alıram. Bu pulu "təzyiq ölçmək haqqı" kimi alırlar. Halbuki Azərbaycanda vaksinasiya könüllüdür və tamamilə pulsuz həyata keçirilir”.
Bu sözləri jurnalist Elçin Alıoğlu deyib.
ATU-nun professoru Adil Qeybulla “Sherg.az”a açıqlamasında iddialara belə münasibət bildirdi:
“Əvvəla, bütün yox, bəzi özəl klinikalarda belə ola bilər. Həm də bu, təbiidir. Vaksinasiya ancaq dövlət klinikalarında dövlət hesabına aparılır. Əsas məsələ bundan ibarətdir ki, niyə vətəndaşlar dövlət yox, özəl klinikalara gedirlər?”.