Həkim də SOS siqnalı verir, qida üzrə ekspert də: pomidor, çiyələk, qarpız... - Ömrü qısaldır?


“Diqqətli baxsaq, çiyələyin ölçüsünün normadan böyük olduğunu görürük”

“Təbiətdə belə çiyələk yetişmir. Deməli, onun yetişdirilməsində müəyyən maddələrdən yararlanırlar”


Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov regionda çiyələk yetişdirilən məkanların birində olub. O, meyvənin yetişməsi üçün zərərli dərmanların saxlanıldığını məkanı görüb. 

 "O tərəf-bu tərəf çevirib, bəh-bəhlə yediyiniz bu çiyələklər hər gün ömrünüzü qısaldır"-, deyə ekspert vurğulayıb.

Görünüşünə üstünlük verib ləzzətlə yediyimiz kimyəvi tərkibli çiyələklərin insan orqanizminə müəyyən ziyanlar var.

Mövzu ilə bağlı "Sherg.az"a danışan tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərinə görə, ölkəmizdə süni yetişdirilən tərəvəz və meyvələrin satışı geniş vüsət alıb. Ən narahatlıq doğuranları isə pomidor, çiyələk, qarpızdır:

"Bunlar sulu olduqları üçün yetişdirmək üçün lazımi müxtəlif maddələri toplamaq, kumulyasiya etmək qabiliyyətinə malikdir. Ona görə də, maddələrlə zəhərlənmələr baş verir. Diqqətli baxsaq, çiyələyin ölçüsünün normadan böyük olduğunu görürük. Təbiətdə belə çiyələk yetişmir. 

Deməli, onun yetişdirilməsində müəyyən maddələrdən yararlanırlar. Ölçüsünün böyüklüyü xeyli maddələrin kumulyasiya ilə nəticələnir. İnsanlar belə məsələlərdə mümkün qədər ehtiyatlı davranmalıdılar. Ən azından maddələrin qəbulunda müəyyən məhdudiyyətlər qoyulmalıdır. 

Hər bir tərəvəz öz vaxtında yetişməlidir. Təbii üsullarla yetişən, orqanik məhsullara üstünlük vermək daha məqsədəuyğundur. İndi seçim də azdır, insanlar öyrəşib. 

Lakin vaxtından əvvəl yetişən, tərkibində müxtəlif maddələr olan tərəvəz və meyvələrdən məhdud şəkildə istifadə edilsin".