“Ölkəmiz də sərhəd keçid zonalarına nəzarəti gücləndirilməlidir”
“Yoluxan tapıldığı halda karantində qalmalıdır. Xəstələr xüsusi şöbələrdə saxlanılmalıdır"
İki ildən çoxdur ki, dünyanı cənginə alan koronavirus infeksiyasına yoluxmanın yenicə azaldığı dönəmdə xarici ölkələrdə təzə virus aşkarlanıb. Avropada "Meymun çiçəyi"nə yoluxmanın artması və virusun ABŞ-a yayılması dünyanı növbəti dəfə təlaşa salıb. İspaniya və Portuqaliyanın Səhiyyə nazirlikləri virusa yoluxma halları ilə bağlı əhaliyə xəbərdarlıq ünvanlayıb.
Qeyd edək ki, "Meymun çiçəyi” ilk dəfə 1958-ci ildə tədqiqat üçün laboratoriyada saxlanılan meymunlarda çiçək xəstəliyinə bənzər epidemiya meydana gəldiyi zaman müəyyənləşdirilib.
"Meymun çiçəyi” nadir bir virusdur.
Çiçək xəstəliyinə bənzəyən virusun əlamətlərini "Sherg.az"a şərh edən tibb elmləri doktoru, professor Adil Qeybullanın fikirlərinə görə, xəstəliyin qripəbənzər xüsusiyyətləri var:
"DNT tərkibli virusdur. Bel, əzələ ağrısı, hərarət, titrəmə, halsızlıq əlamətləri ilə özünü göstərir. İlk dəfə Kopenhagendə, Danimarkada tapılıb. Sonra Konqo Respublikasında Afrikada ocaq yaranmışdı, vaxtında söndürdülər.
Dünya ölkələri bunun öhdəsindən gələcək. Çünki mutasiyaya məruz qalmayan virusdur.
Lokallaşdırılması üçün Dünya Səhiyyə Təşkilatı, həm də xəstəliklərin nəzarəti və profilaktika mərkəzləri kimi mötəbər yerlər bununla məşğuldular. İstənilən halda hər bir ölkə epidemioloji vəziyyətə nəzarət etməlidir.
Azərbaycan da sərhəd keçid zonalarına nəzarəti gücləndirilməlidir. Yoluxan tapıldığı halda karantində qalmalıdır. Xəstələr xüsusi şöbələrdə saxlanılmalıdır".