Bibəriyənin faydalarını saymaqla bitməz
Bibəriyə (rozmarin) o qədər faydalı bir bitkidir ki, təsirləri saymaqla tükənmir. Fitoterapevt Fizuli Hüseynovun araşdırmasına görə, bibəriyə güclü iltihab əleyhinə təsirinə görə revmatizm xəstəliyi zamanı çox faydalıdır. Bədənin immun müqavimətini artırır, bu məqsədlə bibəriyə çayı həftədə 1-2 dəfə içilir.
Güclü əsəb sakitləşdirici təsiri var, xüsusən axşam yuxuya getməkdə çətinlik çəkənlər, əsəb gərginliyi və stresə məruz qalanlar üçün faydalıdır. Saç köklərini dərinləşdirir, kəpəklənməni götürür, bununla da saç tökülməsinin qarşısını alır. Saçlar yuyulduqdan sonra onların uzunluğundan asılı olaraq 1-2 xörək qaşığı bibəriyə 1-2 stəkan suda dəmlənir və saçlar bu su ilə yaxalanır.
Dəri səpkilərində, qaşınmalarda, diatezlərdə bibəriyə dəmləməsi ilə islatma qoyulur. Başağrısı zamanı isə həmin dəmləmə ilə boyun, saç dibləri, qulaq arxası masaj edilir. Bibəriyə 15 əsrdir ki, xalq təbabətində istifadə olunur.
Sübut olunmuşdur ki, 2-3 gündən bir bibəriyə çayı içən adamlarda skleroz və alsheymer xəstəliyi olmur. Arıqlamaq istəyənlər üçün faydalıdır, belə ki, bibəriyə başqa arıqladıcı vasitələrdən fərqli olaraq işlədici təsir göstərmir, yalnız iştahanı zəiflədir.