Belçikadakı psixiatrlar xəstələrinin reseptlərinə "pulsuz muzey ziyarətini"də yaza biləcəklər.
"Sherg.az" "Haber global"a istinadən bildirir ki, paytaxt Brüssel bölgəsində başlayan pilot layihə Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) araşdırmaları nəticəsində həyata keçiriləcək.
Qeyd edək ki, pilot layihə 6 ay davam edəcək və hər xəstə bu zaman ərəfəsində 5 dəfə muzey ziyarəti edə biləcək. Ziyarət olunacaq muzeylərin cərgəsində şəhərin turistik mərkəzi "Grand Place"daki Kənd Müzeyi, Moda və Dantel Müzeyi, Kanalizasiya Muzeyi, Brükselin rəmzi Manneken Pis heykəlinin geyimlərinin sərgiləndiyi muzey ilə Modern Sənət Mərkəzi kimi yerlər var. Layihə ilə xüsusən az gəlirli insanların mədəniyyət fəaliyyətlərinin artırılması hədəflənir.