2019-cu ilin son aylarından dünyanı cənginə alan Koronavirus pandemiyası yayılmağa davam edərkən, alimlərdən daha bir xəbərdarlıq gəldi.
Belə ki, koronavirusun ən ölümcül variantı olan “Delta” ilə ən çox mutasiya keçirən variantı “Omicron”un birləşərək "Deltacron" virusunu yaradacağı bildirilib. Virusun qış aylarında yayılacağını deyən mütəxəssislər isanları diqqətli olmağa çağırıb.
Qeyd edək ki, "Deltacron"a ilk dəfə bu ilin əvvəli Kiprin rumlar yaşayan ərazisində rast gəlinmişdi. Bu virus alimlərin narahatlığına səbəb olmuşdu.
Mənbə: Haberglobal