Aftandil İsrafilov və qardaşının səhhətindən XƏBƏR VAR

Xalq artisti Aftandil İsrafilovun sağlıq durumunda bir dəyişiklik yoxdur. 
Bu barədə “Sherg.az”a onun qızı Həcər İsrafilova məlumat verib. O atasının və əmisi Ənuş İsrafilovun səhhətindən danışıb:
“Aftandil müəllimin vəziyyəti ağır stabildir. Ona görə xəstəxanaya gəlmişik. Heç bir şey dəyişməyib. Əmimdə başqa xəstəlikdir. Əməliyyat olunub. İndi danışa bilmirəm, professorların yanındayam söhbət edirik”.